Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2024-cü ilin yanvar-aprel ayında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 9920,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 5530,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,3 faiz artaraq 4390,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.