Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında

Image



2025-ci ilin yanvar-aprel aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  17,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma, 23,9  faizi emal, 3,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 78,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 may 2025-ci il vəziyyətinə 484,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 44,0 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.