Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-aprel aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 2175,2 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 17,5 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 16,1 faizi hüquqi şəxslər, 83,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 350,8 milyon manatlığını hüquqi şəxslərdən, 1824,4 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 97,7 faiz təşkil etmiş, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 22,2 faiz artmışdır. 2010-cu ilin yanvar-aprel aylarında əhaliyə 899,9 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 5,6 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 59,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 537,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünün 99,2 faizi həcmində xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 16,7 faiz artaraq 362,7 milyon manata çatmışdır.