Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri








2012-ci ilin yanvar ayında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 257,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 234,7 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 23,2 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar ayında 23,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 84,3 faiz təşkil etmişdır.
2012-ci ilin yanvar ayında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 243,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 68,7 faiz artmışdır.