Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
22.02.2012 00:00
2011-ci ilin yanvar-dekabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 45,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 min nəfər və ya 21,5 faiz azdır. Çalışanların orta aylıq əmək haqqı isə 24,5 faiz artaraq 525,5 manat təşkil etmişdir.
2011-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,1 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 729,3 manat təşkil etmişdir. Cari ilin yanvar-dekabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 492,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 1044,3 manat təşkil etmişdir.