Məhsul bazarı haqqında
29.11.2022 10:55
2022-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,6 faiz artaraq 19306,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 10030,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,4 faiz artaraq 9276,5 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.