Tikintinin əsas göstəriciləri
29.03.2023 10:56
2023-cü ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,8 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 3,7 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 92,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.