Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







   2023-cü ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi  2022-ci ilin yanvar-mart aylarlı ilə müqayisədə 4,0 faiz artaraq 7523,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 4656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz azalaraq 2866,8  milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.