Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2023-cü ilin yanvar-mart aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  15,9 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 83,1 faizi mədənçıxarma, 14,2  faizi emal, 2,2  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə  qeyri-dövlət sektorunun  payı 88,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  93,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,3 faiz təşkil  etmişdir.                                                 

          İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 aprel  2023-cü il vəziyyətinə 488,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,2 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.