Ödənişli xidmətlər haqqında
23.06.2023 09:54
2023-cü ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,5 faiz artaraq 2754,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2324,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 84,4 faizini təşkil etmişdir.