Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







     2012-ci ilin yanvar-fevral aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 588,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 510,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 78,5 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
     2012-ci ilin yanvar-fevral aylarında 106,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,5 faiz təşkil etmişdır.
     2012-ci ilin yanvar-fevral aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 635,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 85,2 faiz artmışdır.