Tikintinin əsas göstəriciləri
23.06.2023 09:57
2023-cü ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,8 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 4,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.