Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2023-cü ilin yanvar-iyul  aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  33,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,4 faizi mədənçıxarma, 16,9  faizi emal, 2,0  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə qeyri-dövlət sektorunun  payı 87,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  92,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,7 faiz təşkil  etmişdir.                                                 

            İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 avqust 2023-cü il vəziyyətinə 731,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,6 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.