Ödənişli xidmətlər haqqında
29.09.2023 14:50
2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 4214,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3528,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,7 faizini təşkil etmişdir.