Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında








     2012-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 4,3 faiz üstələyərək 512,4 milyon manata çatmışdır. Xidmətlərin 63,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 322,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 17,5 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz azalaraq 189,7 milyon manata çatmışdır.
     İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 13,0 faiz artaraq 57,2 milyon manat olmuşdur.
     İaşə dövriyyəsi həcminin 53,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 30,4 milyon manat olmuşdur.