Sənayenin inkişafı haqqında
29.09.2023 14:59
2023-cü ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 38,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,8 faizi mədənçıxarma, 17,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,9 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2023-cü il vəziyyətinə 365,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,1 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.