Ödənişli xidmətlər haqqında
29.11.2023 15:15
2023-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 5479,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4537,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82,8 faizini təşkil etmişdir.