İstehlak mallarının satışı və pullu xidmətlər haqqında
21.07.2010 00:00
2010-cu ilin yanvar-iyun aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 3353,0 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 17,0 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 17,4 faizi hüquqi şəxslər, 82,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Əhali istehlak mallarının 584,2 milyon manatlığını hüquqi şəxslərdən, 2768,8 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 6,9 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 19,4 faiz artmışdır.
2010-cu ilin yanvar-iyun aylarında əhaliyə 1350,3 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 10,0 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 59,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 798,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 1,8 faiz çox xidmətlər göstərilmişdir.
Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 24,6 faiz artaraq 552,1 milyon manata çatmışdır.