İctimai iaşə
21.12.2023 15:29
2023-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,5 faiz artaraq 1400,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 710,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 50,7 faizini təşkil etmişdir.