Tikintinin əsas göstəriciləri
21.12.2023 15:30
2023-cü ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,8 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 3,4 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.