Məhsul bazarı haqqında
09.02.2024 10:11
2023-cü ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 7,6 faiz artaraq 35572,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 20695,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 16,0 faiz artaraq 14877,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 31,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 56,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.