Məhsul bazarı haqqında
23.02.2024 16:42
2024-cü ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,4 faiz artaraq 2710,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 1463,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,3 faiz artaraq 1247,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.