Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2024-cü ilin yanvar ayında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  4,3 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,1 faizi mədənçıxarma, 18,3  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 86,0 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  91,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 fevral  2024-cü il vəziyyətinə 438,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,4 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.