Ödənişli xidmətlər haqqında
28.03.2024 11:08
2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,8 faiz artaraq 1080,2 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1036,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 96,0 faizini təşkil etmişdir.