Məhsul bazarı haqqında
28.03.2024 11:11
2024-cü ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,5 faiz artaraq 5175,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 2864,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 2311,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.