Tikintinin əsas göstəriciləri
23.04.2012 00:00
2012-ci ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 235,1 milyon manat əsas fondlar istifadəyə verilmişdir.
 2012-ci ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 38764 kvadrat metr olan yeni yasayış evləri istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-mart aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1112,6 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 65,6 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 810,0 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 302,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-mart aylarında 284,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə artmışdır.