Sənayenin inkişafı haqqında
11.06.2024 09:52
2024-cü ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 13,1 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 76,3 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,0 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2024-cü il vəziyyətinə 521,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.