Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2024-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi  2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5 faiz artaraq 15892,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 9116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 6775,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.