Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında








     2012-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 4,8 faiz artaraq 783,2 milyon manat olmuşdur. Xidmətlərin 63,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 498,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 17,6 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 88,1 faizini təşkil edərək 284,6 milyon manat olmuşdur.
     İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə 18,3 faiz artaraq 82,2 milyon manata çatmışdır.
     İaşə dövriyyəsi həcminin 50,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünün 99,4 faizini təşkil edərək 41,7 milyon manat olmuşdur.