Sənayenin inkişafı haqqında
09.08.2024 16:59
2024-cü ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 26,3 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,5 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2024-cü il vəziyyətinə 512,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.