Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı








     2012-ci ilin yanvar-fevral aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 47,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 min nəfər və ya 5,5 faiz çoxdur. Çalışanların orta aylıq əmək haqqı isə 9,5 faiz artaraq 532,9 manat təşkil etmişdir.
     2012-ci ilin yanvar-fevral aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,5 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 739,9 manat təşkil etmişdir. Cari ilin yanvar-fevral aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 511,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artaraq 1058,9 manat təşkil etmişdir.