Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq  14219,8  milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə  8,4 faiz artaraq 10729,3  milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.