Ödənişli xidmətlər haqqında
05.12.2024 15:25
2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,0 faiz artaraq 6188,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5933,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,9 faizini təşkil etmişdir.