Məhsul bazarı haqqında
05.12.2024 15:26
2024-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28242,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16008,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12233,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.