Tikintinin əsas göstəriciləri
24.05.2012 00:00
2012-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində "JW Marriott Abşeron" oteli istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-aprel aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1533,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 62,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 1149,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 384,8 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-aprel aylarında 424,8 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə artmışdır.
2012-ci ilin yanvar-aprel aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1408,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 60,5 faiz artmışdır.