Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında

Image



2025-ci ilin yanvar-may aylarında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13761,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6253,4 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,0 faiz artmışdır. İstehlak məhsullarının 39,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.