Məhsul bazarı haqqında
17.09.2025 10:45
2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20489,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2,0 faiz artaraq 11300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9189,2 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artmışdır. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.