Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında

Image



2025-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 42,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma, 23,5  faizi emal, 2,6  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

 Sənayedə qeyri-dövlət sektorunun  payı 82,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,2 faiz təşkil  etmişdir.                                                 

            İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 noyabr  2025-ci il vəziyyətinə 442,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 62,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.