Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında

Image



2025-ci ilin yanvar-oktyabr aylarında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 31031,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 17208,4 milyon manata, qeyri-ərzaq malları isə 10,1 faiz artaraq 13822,9 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,2 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9 faiz artmışdır. İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.