Məhsul bazarı haqqında
29.12.2025 14:24
2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 34605,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4 faiz artaraq 19253,8 milyon manata, qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15351,7 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7 faiz artmışdır. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.