Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında

Image



2026-cı ilin yanvar ayında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3221,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1439,6 milyon manat olmuşdur. 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalmış, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7,0 faiz artmışdır. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.