Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







     2012-ci ilin yanvar-may aylarında Bakı şəhərində "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Abşeron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
     2012-ci ilin yanvar-may aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2017,0 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,3 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 1481,0 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 536,0 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
     2012-ci ilin yanvar-may aylarında 537,3 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artmışdır.
     2012-ci ilin yanvar-may aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1924,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artmışdır.