Pullu xidmətlər haqqında
22.06.2012 00:00
2012-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 1,4 faiz artaraq 1266,0 milyon manat olmuşdur. Xidmətlərin 67,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 856,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 20,0 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 76,6 faizini təşkil edərək 409,1 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-may ayları ilə müqayisədə 16,0 faiz artaraq 135,1 milyon manat olmuşdur.
İaşə dövriyyəsi həcminin 51,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 15,0 faiz artaraq 69,2 milyon manat olmuşdur.