Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində "Dalğa Plaza" İş və Sərgi Mərkəzləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 277262 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 325,9 milyon manat əsas fondlar istifadəyə verilib. İstifadəyə verilən fondların 76,7 faizini istehsal əhəmiyyətli obyektlər təşkil edir. 2010-cu ilin yanvar-iyun aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1330,3 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artmışdır. 2010-cu ilin yanvar-iyun aylarında 380,8 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artmışdır. 2010-cu ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1059,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,4 faiz artmışdir.