Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







     2012-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Abşeron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
     2012-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 608,4 milyon manat əsas fondlar istifadəyə verilmişdir.
     2012-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 110978 kvadrat metr olan yeni yasayış evləri istifadəyə verilmişdir.
     2012-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2464,0 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 64,6 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 1795,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 668,9 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
     2012-ci ilin yanvar-iyun aylarında 680,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artmışdır.
     2012-ci ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2356,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,6 faiz artmışdır.