Tikintinin əsas göstəriciləri
30.08.2012 00:00
2012-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində Metal konstruksiyaları zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2825,5 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,0 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 2112,9 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 712,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-iyul aylarında 775,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,8 faiz artmışdır.
2012-ci ilin yanvar-iyul aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2869,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,9 faiz artmışdır.