Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2010-cu ilin yanvar-may aylarında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 505 nəfər və ya 0,9 faiz çoxalaraq 58,7 min nəfər təşkil etmişdir. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxalaraq 396,2 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 manat çox olmuşdur. Rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 51,9 faiz artaraq 15,8 min nəfər, bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz azalaraq 653,1 manat olmuşdur. Cari ilin yanvar-may aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 450,1 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 912,9 manat təşkil etmişdir.