Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
30.08.2012 00:00
2012-ci ilin yanvar-iyun aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 48,2 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 min nəfər və ya 6,5 faiz çoxdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,4 faiz artaraq 565,4 manat təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,0 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 771,9 manat təşkil etmişdir. Cari ilin yanvar-iyun aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 561,2 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 98,7 faizini təşkil edərək 1056,0 manat təşkil etmişdir.