Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2012-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində Metal konstruksiyaları zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir
2012-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3235,0 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 2424,4 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 810,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-avqust aylarında 895,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 80,0 faiz artmışdır.
2012-ci ilin yanvar-avqust aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 3420,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,8 faiz artmışdır.