Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı haqqında







2012-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5831,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 15,2 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 18,7 faizi hüquqi şəxs statuslu, 46,1 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 35,2 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
Əhali istehlak mallarının 1088,0 milyon manatlığını hüquqi şəxslərdən, 4743,7 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 19,5 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 14,2 faiz artmışdır.